Ərdoğan Baş Prokurorluğa müraciət etdi - "Siyasi cinayətlər törədilə bilər" iddiaları ilə bağlı

media-hightechnic-468x90

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan müxalifət partiya liderləri tərəfindən səsləndirilən “Türkiyədə siyasi cinayətlər törədilə bilər” iddiaları ilə bağlı Ankara Respublika Baş Prokurorluğuna müraciət edib.

Yenicag.az xəbər verir ki, sözügedən müraciət Ərdoğanın vəkilləri tərəfindən edilib.

Müraciətdə bu cür iddiaların vətəndaşlar arasında qorxu yaymaq məqsədi güddüyü, məsələnin araşdırılmalı olduğu, hər hansı sübutun əldə edilmədiyi təqdirdə iddianı səsləndirənlərə qarşı hüquqi prosedurun başladılmasının zəruriliyi qeyd edilib.

Xatırladaq ki, müxalifətdəki Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlunun, “Siyasi cinayət tədirginliyim var”, – ifadələrindən sonra İYİ Partiya sədrinin müavini Koray Aydın da, “Siyasi suiqəsdlər ediləcəyi ilə bağlı biz də bəzi şeylər eşitmişik”, – demişdi. İddialarla bağlı artıq araşdırma başladılıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600