Ərdoğan BMT Təhlükəsizlik Şurasında islahatlara çağırdı

media-hightechnic-468x90

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Amerika Birləşmiş Ştatlarını BMT Təhlükəsizlik Şurasının Qəzza ilə bağlı qətnaməsinə veto qoyma qərarına görə kəskin tənqid edib.

media-banner_tuq

 

Yenicag.az xəbər verir ki, o, İstanbulda İnsan Hüquqları Gününə həsr olunmuş forumda çıxışı zamanı BMT-də islahatlara ehtiyac olduğunu bildirib.

“Təəssüf ki, BMT Təhlükəsizlik Şurası bir daimi üzvə – ABŞ-a görə atəşkəs qətnaməsini rədd etdi. Biz deyirik ki, ədalətli sülh mümkündür, lakin ABŞ-la bu mümkün deyil. BMT-də mütləq şəkildə islahatlar aparılmalıdır”, – o vurğulayıb. .

Bundan əvvəl ABŞ BMT Təhlükəsizlik Şurasında veto hüququndan istifadə edərək BƏƏ-nin hazırladığı və münaqişə zonasında dərhal atəşkəs tələbini özündə əks etdirən humanitar qətnamə layihəsini bloklayıb.

Qətnamənin lehinə Təhlükəsizlik Şurasının 15 üzvündən 13-ü səs verib, Böyük Britaniya isə bitərəf qalıb.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05