Ərdoğan bu tarixdə Azərbaycana səfər edəcək

media-hightechnic-468x90

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 20-də Zəngilan hava limanının açılışı üçün Azərbaycana səfər edəcək.

Yenicag.az xəbər verir ki, bunu Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın bu gün “A Haber”ə müsahibəsində bildirib.

O qeyd edib ki, Qarabağın bərpası istiqamətində müsbət işlər görülür.

“Qarabağın bərpası, iqtisadiyyatının dirçəldilməsi, məcburi köçkünlərin öz torpaqlarına geri qaytarılması Cənubi Qafqazda təhlükəsizliyi və sabitliyi daha da gücləndirəcək”, – deyə İ.Kalın əlavə edib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 04.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa