“Azərbaycanlı qardaşlarımızın vətənlərini qorumaq mübarizəsində onların yanlarında olacağıq”.
Yenicag.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisinin (TBMM) payız sessiyasının açılışındakı çıxışında bildirib.
O, açıqlamasında “ABŞ, Rusiya və Fransa 30 ilə yaxındır bu münaqişəyə laqeyd yanaşmaları nəticəsində hazırda baş verən hadisələr qarşısında atəşkəs axtarışı içində olmaları qəbuledilməzdir. İşğalçılar bu torpaqdan çıxmalıdırlar ki, problem həll olunsun. İşğala səssiz qalanların sözünün dəyəri yoxdur. Bu hiyləgər dövləti dəstəkləyənlərin insanlığın vicdanı qarşısında cavab verəcəkləri barədə xəbərdar edirəm. Azərbaycanlı qardaşlarımızın yanındayıq. Onlara bütün imkanlarımızla dəstək göstərəcəyik. Qalıcı sülhün əldə olunmasının tək yolu Ermənistanın işğal etdiyi Azərbaycan torpağından geri çəkilməsindən keçir” – deyə qeyd edib./MediaPost/
www.yenicag.az