Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Rusiyadan alınacaq S-400 sistemləri ilə bağlı açıqlama verib.
Yenicag.az türk mətbuatına istinadən xəbər verir ki, Ərdoğan Qərbin bu məsələdəki mövqeyini sərt şəkildə tənqid edib:
“İllər əvvəl Yunanistan S-300 alanda onlara qarşı hər hansı bir tədbir gördülər? – Yox. İndi bizim S-400 alınması barədə başladığımız müqavilədən narahatlıq keçirirlər. Siz verdiniz, biz almadıq? Əksinə biz istədik, vermədilər, biz də alternativlərə əl atdıq. İstədiyimiz yerdə, istədiyimiz addımları ata bilərik. Türkiyə kimi bir ölkənin əlində bu tipli müdafiə sistemlərinin olmaması düşündürücü haldır. Hələ edəcəyimiz çox işlər var, bunun üçün çalışırıq. Mən cənab Putinlə də birgə istehsalat mövzusunda danışmışam. Bu razılaşmanın davamı gələcək, inşallah”.
www.yenicag.az