Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Ərdoğan: "NATO bizə cavab verə bilmir"

“Siz bir NATO üzvü müttəfiqinizin yanında yer alacaqsınız, yoxsa bu terrorçuların yanında yer alacaqsınız? Əlbəttə ki, cavab verə bilməzlər”.

Yenicag.az xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə yola düşməzdən əvvəl, Esenboğa hava limanında jurnalistlərə açıqlamasında bildirib.

“Biz dövlətik. Qarşımızda terror qruplaşması var. Terror qruplaşması ilə savaş olmaz, mübarizə olar”, – deyə Ərdoğan bildirib.

Ərdoğan Suriya ilə sərhəddəki vəziyyətdən də söz açaraq bildirib: “600 top mərmisinin bizim torpaqlara atılmasına onların laqeyd qalması hamıya məlumdur. Şəhidlərimiz və yaralılarımz, evlərini boşaldanlar var”.

O qeyd edib ki, “Onlar istədiyi qədər hədəfdən yayınsalar da, biz doğrunu deyəcəyik. Bunlar bizi həqiqəti deməkdən çəkindirə bilməz”.

www.yenicag.az

2358
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM