Ərdoğan Qətər əmirinə TOGG hədiyyə etdi

media-hightechnic-468x90

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Qətər əmiri Əl-Sani arasında ikitərəfli görüş olub.

Yenicag.az xəbər verir ki, Ərdoğan Qətər əmirinə Türkiyənin ilk yerli istehsalı olan elektrikli avtomobili TOGG hədiyyə edib.

Qeyd edək ki, TOGG 100 faiz Türkiyə tərəfindən layihələndirilib və bu layihə ölkənin sənaye mülkiyyətinə sahib qlobal marka yaratmaq məqsədi ilə həyata keçirilib.

Avtomobil daha öncə Azərbaycan Prezidenti İlham Əliyev, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədov və Səudiyyə Ərəbistanının vəliəhd şəhzadəsi Məhəmməd bin Salmana təqdim edilib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 02.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa