Ərdoğan sabah Putinlə görüşəcək
Sabah Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğanla Vladimir Putin arasında görüş planlaşdırılır.
Yenicag.az xəbər verir ki, bu barədə məlumatı Kremlin rəsmi sözçüsü Dmitri Peskov brifinqdə açıqlayıb.
İki ölkə liderinin görüşü Türkmənistanın paytaxtı Aşqabadda baş tutacaq.
Qeyd edək ki, Ərdoğan və Putin dekabrın 12-də Aşqabadda keçiriləcək beynəlxalq forumda iştirak etmək üçün Türkmənistanda səfərdə olacaqlar.












