Ərdoğan Sarkisyanı dəvət etdi

media-hightechnic-468x90

87582Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistan Prezidenti Serj Sarkisyanı aprelin 24-də Çanaqqala qələbəsinin 100 illiyini qeyd edilməsi münasibətilə təşkil olunacaq bayram şənliklərinə dəvət edib.

Yenicag qafqazinfo-ya istinadən bildirir ki, Ərdoğan Sarkisyanla yanaşı, 102 dövlət rəsmisini 24 apreldə Çanaqqala qələbəsinin 100 illiyinin qeyd edilməsi üçün təşkil olunacaq şənliklərə dəvət edib. Dünən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyədə aprelin 24-də Çanaqqala döyüşündə qazanılmış qələbənin 100 illiyinin qeyd ediləcəyini bildirib.

Onun sözlərinə əsasən, həmin gün Türkiyəyə bir sıra ölkələrin dövlət başçıları dəvət ediləcək.

Qeyd edək ki, Ermənistan aprelin 24-də qondarma “erməni soyqırımı”nın 100 illiyini qeyd etməyə hazırlaşır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600