Ərdoğan son səfərini belə şərh etdi

media-hightechnic-468x90

img1730952Səudiyyə Ərəbistanı Türkiyə-Misir münasibətlərinin normallaşmasını arzulayır. Yenicag.az musavat.com-a istinadən xəbər verir ki, bunu “Hurriyet”e müsahibəsində prezident Ərdoğan Səudiyyə Ərəbistanına səfərini şərh edərkən deyib.

“Əlbəttə ki, onlar bunu istəyir, ancaq təkid eləmirlər” – bildirib Ərdoğan . Onun sözlərinə görə, fikir ayrılıqlarına baxmayaraq, Ankara Misiri regional sülh və sabitlik baxımından mühüm ölkə sayır.

“Misir, Səudiyyə Ərəbistanı və Türkiyə regionun çox vacib ölkələridir və onların borcudur ki, burada barış və tərəqqini təmin eləsinlər” – bildirib Ərdoğan. “Əgər üç ölkə bu xüsusda öz məsuliyyətini başa düşürsə, o zaman mən inanıram ki, biz asanca nəticə əldə edəcəyik” – əlavə edib Türkiyə prezidenti.

Xatırladaq ki, Misir-Türkiyə münasibətləri prezident Məhəmməd Musrinin devrilməsindən sonra pisləşib. O zaman tərəflər öz səfirlərini geri çağırmışdılar. Lakin bir qədər sonra Türkiyə diplomatı geri qayıdıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600