Ərdoğana Qarabağ xalçası hədiyyə edilib
Soyqırım Həqiqətlərinin Tanıdılması İctimai Birliyinin rəhbəri Ceyhun Ələkbərov Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana doğum günündə Qarabağ xalçası hədiyyə edib.
Hədiyyəni prezidentə təqdim edən Ceyhun Ələkbərov onu ad günü münasibətilə təbrik edib: “Sizi təbrik edirəm və fəaliyyətinizdə uğurlar arzulayıram”. Ceyhun Ələkbərov Azərbaycanla Türkiyənin iki dövlət bir millət olduğunu önə çəkib. Həmçinin Türkiyənin güclənməsi və türk dünyasının birliyi istiqamətində atılan addımların sevindirici olduğunu deyib. Bu istiqamətdə atdığı addımlara görə Ərdoğana təşəkkürünü bildirib.
Hədiyyəyə görə minnətdarlığını ifadə edən Ərdoğan Azərbaycanı şox sevdiyini diqqətə çatdırıb və Qrabağda xalçaçılığın tarixi ilə maraqlanıb.
Xalça barədə prezidentə məlumat verən Ceyhun Ələkbərov bildirib ki, Qarabağda xalçaçılığın qədim tarixi var. Ceyhun Ələkbərov əlavə edib ki, Azərbaycan xalçaçılıq tarixinin 2500 yaşı var. Onun sözlərinə görə, ilk Qarabağ xalçası Rusiyada Ermitajda saxlanılır. Həmçinin xalçanın üzərindəki naxışların türkçülüyü əks etdirdiyini deyib.
Prezident “Azərbaycanı çox sevirik. Özümdən özümə salamlarımı çatdırın”,-deyə əlavə edib.
Görüşdə Dünya Azərbaycanlıları Konqresinin Azərbaycan nümayəndəliyinin rəhbəri Səftər Rəhimli və Diaspor Jurnalistləri Birliyinin İdarə Heyətinin üzvü Elnur Eltürk də iştirak edib.