Ərdoğandan qəzəbli çıxış-VİDEO
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Charli Hebdo” jurnalının son nəşrinə qarşı qəzəb ifadə edib.
Yenicag anspress-ə istinadən bildirir ki, biznesmenlərlə Ankarada keçirdiyi toplantıda Ərdoğan üz qabığında Həzrəti Məhəmmədin (s) karikaturasını dərc etməklə jurnalın cəmiyyətdə insanları dini nifaq və irqçiliyə təhrik etdiyini söyləyib.
Türkiyəli prezident bildirib ki, redaksiyanın işçiləri ateist ola bilər. Ancaq bu onlara (müsəlmanların) müqəddəs dəyərlərinə hörmətsizlik etməsinə ixtiyar vermir.
“Təxribatçı nəşrləri ilə ad çıxarmış bu jurnalı Roma Papası da lənətləyir. Ona görə ki, onun provakativ fəsadlarını bilir. Müsəlmanlar haqqında da xristianlar haqqında da bu cür təxribatlar yayır. Buna ifadə azadlığı demirlər, başqasının azadlıq hüdudlarına təcavüz edib, orada terror havası əsdirmək deyilir”- deyə Ərdoğan bildirib.