“Yunanıstan vasitəsilə ölkəmizə qarşı oynanılan oyundan xəbərimiz var”.
Yenicag.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının (AKP) bugünkü fraksiya toplantısında deyib.
Ərdoğan qeyd edib ki, bir sıra güclər Yunanıstanı türkiyəyə qarşı istifadə edir:
“Efes 2022” təlimi münasibətilə getdiyimiz İzmirdə həm Egeydəki proseslərlə bağlı mesajlarımızı əlaqədar şəxslərə ən açıq halı ilə çatdırdıq. Tarixdə həmişə olduğu kimi, kimlərsə tərəfindən üstümüzə göndərilən Yunanıstan vasitəsilə ölkəmizə qarşı oynanılan oyundan xəbərdarıq.
Məsələ odur ki, Yunanıstan bu oyundan xəbərsizdir və ya özünü bu oyunda köməkçi aktyor kimi göstərir. Bildiyiniz kimi, çəkiliş zamanı ən çox yorulan, köhnəlmiş, döyülən, hətta qolları və qanadları qırılan köməkçi aktyorlardır. Amma onların özü də, adı da heç vaxt səhnədə görünmür. Keçmişdə Yunanıstanda belə olub. Səhvində israr edərsə, bundan sonra da belə olacaq.
Biz regionumuzda və dünyada qlobal, siyasi, iqtisadi və hərbi güc olaraq varlığımızı hər zaman qoruyacağıq”.
www.yenicag.az