Ərdoğanın istefası tələb olunur-Video
Türkiyədə hakim Ədalət və İnkişaf partiyasından prezidentliyə namizəd, hazırkı baş nazir Rəcəp Tayib Ərdoğan müxalifət dairələrindən ona gələn istefa çağırışlarına rədd cavabı verib.
Ərdoğan bu tələblə çıxış edənlərin nə siyasətdən, nə də ki siyasi tarixdən baş çıxarmadıqlarını söyləyib. Özləri millət vəkili olduqdan sonra namizədliklərini bələdiyyə seçkilərində irəli sürməyibmi? deyə baş nazir kinayə ilə soruşub.
O, dünya təcrübəsindən buna misal kimi ABŞ prezidenti Barak Obama və Almaniya Kansleri Angela Merkeli də göstərib.