!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ərdoğanın mümkün qələbəsi və TERROR RİSKİ: “Türkiyəyə qarşı yeni savaşın başlaması...” – RƏY

!Reklam – Yazi

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan indiyə qədər Suriya və İraq ərazisində genişmiqyaslı hərbi əmliyyatlara əmr verməkdə tərəddüd etməyib”.

Bu fikirləri Rəcəb Tayyib Ərdoğanın yenidən prezident seçiləcəyi halda İraq və Suriyada mövqelənən və Qərbdən dəstək alan terror təşkilatlarının yeni müharibəyə başlamaq ehtimalını dəyərləndirən politoloq Zaur İbrahimli Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Ərdoğanın terrorla mübarizəni bir nömrəli prioritet kimi önə çəkdiyi hər kəsə məlumdur:

“Rəcəb Tayyib Ərdoğanın yenidən Türkiyə prezidenti seçiləcəyi təqdirdə, Ankaranın xarici siyasətdə əvvəlki yanaşmalarının davam edəcəyi gözlənilir. Son illər Ankara terrora qarşı mübarizə sahəsində əhəmiyyətli uğurlar əldə edib. Ölkənin hərbi potensialının gücləndirilməsi, əldə olunan yeni hərbi texnologiyalar terrorçuların hərəkət və manevr imkanlarını daraltmağa imkan verib.

Türkiyə rəhbərliyinin bu mübarizədə sərt, barışmaz mövqeyi də öz rolunu oynayır və terrorçular Ankarının güzəştə getməyəcəyini bilirlər. Bu cəhət onlar üçün əsas çəkindirici amildir və Ərdoğanın terrorla mübarizəni bir nömrəli prioritet kimi önə çəkdiyi hər kəsə məlumdur.

O baxımdan, Ərdoğanın yenidən Türkiyə prezidenti seçilməsi ilə bu kurs davam edəcək və Suriya ilə əlaqələr mərhələli şəkildə normallaşa bilər. PKK, YPG, PYD kimi terror təşkilatları da Türkiyə rəhbərliyinin barışmaz mövqeyini bilirlər və güman etmirəm ki, onlar davamlı terror dalğasına start versinlər.

Ərdoğan indiyə qədər Suriya və İraq ərazisində genişmiqyaslı hərbi əmliyyatalara əmr verməkdə tərəddüd etməyib. Ona görə də düşünmürəm ki, adlarını çəkdiyim terror təşkilatları Türkiyəyə qarşı yenidən terror müharibəsinə başlasınlar.

Bununla belə, siyasi məqsədlər üçün hədəfli terror aktlarının təşkilinə cəhd göstərilməsi istisna deyil. Lakin bu fəaliyyətin Türkiyə əleyhinə yeni terror müharibəsinə çevrilməsi ehtimalı aşağıdır”.

A.Zeynalov

COP29

www.yenicag.az

514
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv