Ərdoğanın partiyasına daha bir zərbə

media-hightechnic-468x90

ooooTürkiyənin hakim Ədalət və İnkişaf Partiyasından (AKP) istefalar davam edir.

media-banner_tuq

AKP-nin bir neçə bölgə təşkilatından kütləvi şəkildə istefalara daha biri də əlavə olunub.

AKP-nin Ankara şəhər təşkilatının rəhbəri Murad Alparslan da istefa verib. Məlumata görə hakim partiyanın daha 15 bölgəsinin rəhbərliyində də istefa dalğası gözlənilir.

Qeyd edək ki, Türkiyədə ötən ilin dekabr ayında həyata keçirilən böyük rüşvət və korrupsiya əməliyyatlarından sonra AKP iqtidarı istefalarla laxladı. Buna baxmayaraq Türkiyə hökuməti bələdiyyə seçkilərində qələbə qazandı.

Lakin AKP-nin bəzi vilayətlərdə qələbə çala bilməməsi növbəti istefalar üçün zəmin yaratdı.

Bəzi məlumatlarda istefalar AKP-nin  Təşkilat Komitəsinin yeni rəhbəri Süleyman Soylunun sayəsində aparılan islahatlarla əlaqələndirilir.

 

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05