Ərdoğanla Hakan Fidanın Əliyevdən sonra qapalı görüşü keçirildi
Bu axşam Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Milli Kəşfiyyat Təşkilatı (MİT) başqanı Hakan Fidanı qəbul edib. Yenicag.az xəbər verir ki, görüş mətbuata qapalı olub.
Azərbaycan Prezidenti İlham Əliyevin səfərinin ardından MİT başqanının qəbul edilməsi “Paralel” məsələsinin müzakirə edildiyinə dair mülahizələrə yol açdı.
Belə ki, Prezidentlərin gündəmində açıqlanan maddələrlə bərabər gizli gündəm maddələrinin olduğu da bildirilirdi. Azərbaycanla Türkiyənin bir çox məsələdə bərabər hərəkət etdiyini nəzərə alarsaq, Əliyevin ardından Fidanın Cümhurbaşqanı köşkünə getməsi Azərbaycan prezidenti ilə özəl görüşlə bağlı ola bilər. Bu görüşdə “Paralel” və türk mediasında son dövrdə özünü ciddi şəkildə göstərən erməni diasporunun fəaliyyətlərinin ciddi müzakirə edildiyi vurğulanmaqdadır.
Hər zaman 18 martda qeyd olunan Çanaqqala zəfərinin 100-cü ildönümünün ermənilər üçün xüsusi anlamı olan 24 apreldə keçiriləcəyi və bunun Əliyevlə birlikdə açıqlanması da göstərir ki, Türkiyə 2015-ci ildə bu məsələlərdə Azərbaycanla birlikdə hərəkət edəcəkdir.
Azərbaycanın həssas olduğu məsələnin “erməni”, Ərdoğanın isə “paralel” olduğunu nəzərə alarsaq, bu məsələdə ciddi addımların atılacağı şübhəsizdir.
Yenicag.az