Ərdoğanla Putin Krımı müzakirə etdilər
Türkiyə Baş naziri Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putin Krım məsələsi ilə bağlı müzakirə aparıblar. “Axar.az” xəbər verir ki, Kreml mətbuat xidmətindən verilən məlumata görə, Ərdoğanla Putin arasında baş tutan telefon danışığında Krımda etnik və dinlərarası sülhün əldə olunması ilə bağlı müzakirə aparılıb.
Mətbuata verilən açıqlamada “Radikal qüvvələrin aqressiv fəaliyyələrinə baxmayaraq, Krımda etnik və dinlərarası sabitlik qorunacaq” deyilib. 25 dəqiqəlik danışıq zamanı Ərdoğan problemin həllində ən böyük məsuliyyətin ukraynalıların üzərinə düşdüyünü deyib. Ərdoğan bildirib ki, Ukraynada sabitliyin pozulması bütün regiona təsir edəcək.