Ərəb şeyxindən gözlənilməz təklif

media-hightechnic-468x90

79942Səudiyyə Ərəbistanının müftisi Şeyx Əbdüləziz əş-Şeyxi 15 yaşına çatmamış qızlarla ailə qurmağın mümkün olduğunu bildirib.

Yenicag anspress-ə istinadən məluamt verir ki, Səudiyyə Ərəbistanı Daxili İşlər Nazirliyi İlahiyyatçılar Şurasına müraciət edib. Müraciətdə nikah üçün yaş həddinin 15 olması istənilib. Amma Şeyx bildirib ki, İlahiyyatçılar Şurası bu müraciətə rədd cavabı vermək niyyətindədir. Onlar iddia edirlər ki, guya İslam 15 yaşına çatmamış qızlarla ailə qurmağa icazə verir.

Səudiyyə Ərəbistanı DİN-i hələ iki il əvvəl uşaq nikahlarının qadağan ediməsilə bağlı müraciət etmişdi.

Müraciətdə uşaq nikahlarının sosial və psixoloji cəhətlərini, sağlamlıqla bağlı yarana biləcək problemləri nəzərə almaq, gəlinlərin tibbi müayinədən keçməsi istənilirdi.

Təkliflərdən biri də nikaha girənlərin yaşının elektron qeydiyyatı idi. Bununla erkən nikaha girən gəlinlərin dəqiq sayını müəyyən etmək mümkün olardı.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600