“Əri necə öldürmək olar” essesini yazdı - 7 il sonra həyat yoldaşını öldürdü - Ömürlük həbs

media-hightechnic-468x90

Oreqon məhkəməsi ərini öldürməkdə təqsirli bilinən 71 yaşlı Nensi Krempton-Brofinə hökm oxuyub.

“Əri necə öldürmək olar” adlı essenin müəllifi olan yazıçı 25 ildən sonra şərti azadlığa çıxmaq hüququ ilə ömürlük həbs cəzasına məhkum edilib.

Qətl hadisəsi 2018-ci il iyunun 2-də baş verib. Aşpaz Daniel Brofi Oreqon Kulinariya İnstitutunun mətbəxində ölü tapılıb. Ölümün səbəbi ürək nahiyəsindən aldığı güllə yaraları olub. Həmin ilin sentyabr ayında qurbanın arvadı Krempton-Brofi qətl ittihamı ilə həbs edilib. Cari ilin may ayında isə andlılar məhkəməsi 71 yaşlı yazıçını təqsirli bilib.

İstintaqın məlumatına görə, Brofi ailəsi ciddi maliyyə problemləri ilə üzləşdiyi üçün Krempton-Brofi ərini öldürüb. O, bu yolla həyat yoldaşının bir milyon dollarlıq (1,7 milyon manat) sığortasını almaq istəyib.

Yeri gəlmişkən, qeyd edək ki, 2011-ci ildə o, “Əri necə öldürmək olar” adlı esse dərc etdirib. Bununla belə, bu fakt məhkəmə dinləmələrində yazıçıya qarşı sübut kimi istifadə edilməyib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 27.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa