Əri tərəfindən döyüldüyü deyilən Xalq artisti HARADADIR? – Teatrdan AÇIQLAMA
Keçmiş həyat yoldaşı Yusif İsmayılov tərəfindən döyülərək xəsarət aldığı deyilən aktrisa, Xalq artisti Naibə Allahverdiyeva Gənc Tamaşaçılar Teatrında işinə davam edir.
Belə ki, baş verənlərə aydınlıq gətirmək üçün aktrisa ilə əlaqə saxlamağa çalışsaq da, cəhdimiz baş tutmadı. Ona görə də sənətçinin çalışdığı Gənc Tamaşaçılar Teatrı ilə əlaqə saxladıq. Xalq artisti Yasin Qarayev Yenicag.az-a açıqlamasında Naibə Allahverdiyevanın teatrda iş başında olduğunu bildirdi:
“Teatrımızın aktyorları ilə bərabər Naibə xanımla indicə oturub, bir yerdə çay içmişik. Doğum günümlə bağlı tort kəsdik, məni təbrik etdi, dedik-güldük, keçdi otağına. Bir azdan da tamaşanın da məşqlərinə qatılacaq”.
Cəvahir