“Qarabağ qalibiyyəti fonunda Azərbaycanın bütün ərazilərində keçirilməsi planlaşdırılan seçkilər, əslində, zəfər seçkisidir”.
Bu fikirləri prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2024-cü il fevralın 7-nə təyin olunan növbədənkənar prezident seçkilərinin keçirilməsini şərtləndirən səbəbləri dəyərləndirən politoloq Rəfail Becanov Yenicag.az-a videomüsahibəsində deyib.
Onun sözlərinə görə, regionda yaranan yeni reallıqlar Azərbaycanda seçkilərin keçirilmə müddətinə yenidən baxılmasını aktuallaşdırdı.
Müsahibəni tam olaraq buradan izləyə bilərsiniz:
Nəsimi Ələsgərli
Samir Məcidov
www.yenicag.az