!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Erkən seçkilərin FİNİŞ XƏTTİ: “Digər namizədlərin aktivliyi alqışlanası hal olsa da...”

!Reklam – Yazi

“Yeni mərhələdə sosial rifahın davamlı olaraq yaxşılaşdırılmasına hədəflənmiş siyasət həyata keçiriləcək”.

Bu fikirləri fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərinin təbliğat-təşviqat mərhələsinin gedişini dəyərləndirən Milli Məclisin deputatı Aydın Hüseynov Yenicag.az-a açıqlamasında deyib.

Millət vəkilinin sözlərinə görə, prezidentliyə namizədlər həm regionlarda, həm də paytaxtın müxtəlif ərazilərində seçicilərlə görüşərək onları seçki prosesinə cəlb etməyə çalışırlar:

“Seçicilərin əksəriyyəti yüksək reytinqə malik olan İlham Əliyevə bir daha etimad göstərəcəklərini fəxrlə ifadə edir. Çünki o 20 il ərzində Azərbaycanın milli və dövlətçilik maraqlarını qoruyaraq, həm sosial, həm iqtisadi, həm də siyasi sahədə uğurlu addımlar atmaqla, həmçinin ərazi bütövlüyümüzü tam bərpa etməklə, xalqımızı qalib ölkənin vətəndaşlarına çevirib.

Sadalanan amillər prezident İlham Əliyevin fəaliyyətinin sadəcə, bir neçə məqamıdır. Seçki prosesi Azərbaycanda yeni mərhələnin başlanğıcıdır. Yeni mərhələdə sosial rifahın davamlı olaraq yaxşılaşdırılmasına hədəflənmiş siyasət həyata keçiriləcək. İlham Əliyev dövlət başçısı seçildiyi ilk zamanlardan xalqa nə vəd veribsə, onu da tam yerinə yetirib. İndi də elə olacaq.

Digər namizədlər də seçki prosesi çərçivəsində onlara verilən imkanlardan istifadə edirlər. Onlar efirə çxıaraq öz fəaliyyətlərini təbliğ edir, gələcək planları haqqında danışır və bir-biriləri ilə fikri mübadiləsi aparırlar. Düzdür, namizədlərin aktivliyi alqışlanası haldır. Ancaq xalq Heydər Əliyev siyasi kursunun davamını – tərəqqi və inkişafı istəyir”.

Nəsimi Ələsgərli

COP29

www.yenicag.az

762
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv