“Keçiriləcək prezident seçkiləri Azərbaycan üçün yeni və uğurlu dövrün başlanğıcı deməkdir”.
Bu fikirləri fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərinin ilkin mərhələsini 2013 və 2018-ci il seçkilərinin analoji dövrü ilə müqayisə edən politoloq Abutalıb Səmədov Yenicag.az-a açıqlamasında deyib.Onun sözlərinə görə, 7 fevral seçkiləri Azərbaycanın müstəqillik dönəmində ölkənin bütün ərazisini tam əhatə edən ilk seçki kimi tarixə düşəcək:
“Azərbaycanın müstəqillik uğrunda mübarizəsi Qarabağ hadisələri dalğasında başladı. Otuz illik mübarizə və savaşdan sonra Azərbaycanın öz ərazi bütövlüyünü tamamilə bərpa etməsi sözün əsl mənasında tarixi hadisədir.
Prezident seçkiləri də məhz bu tarixi hadisənin, şanlı qələbənin qeyd olunması üçün keçiriləcək. Artıq ağrı-acılı, qanlı, faciələrlə dolu olan kədərli bir dövrə yekun vurulur. Keçiriləcək prezident seçkiləri Azərbaycan üçün yeni və uğurlu dövrün başlanğıcı deməkdir.
Artıq Azərbaycan Prezidenti 2018-ci ildə elan etdiyi islahatların daha da dərinləşdirilməsi üçün hər cür imkan əldə edib. Başqa sözlə, Azərbaycan artıq özünün ən ağır problemi olan Qarabağ məsələsini kökündən həll edərək digər vacib məsələlərin çözümü ilə məşğul olacaq”.
Nəsimi Ələsgərli
www.yenicag.az