Erməni ailəsini məhv edən rus əsgərini Rusiya məhkəməsi mühakimə edəcək
Ermənistandakı Rusiya qarnizon hərbi məhkəməsi fərarilik və silah oğurlamaqda günahlandırılan hərbçi Valeri Permyakovun işinə baxacaq.
Yenicag.az azvision.az-a istinadən xəbər verir ki, bu barədə Şimali Qafqaz Dairəsinin Hərbi Məhkəməsinin mətbuat katibi Alena Katkalo bildirib.
Katkalonun sözlərinə görə, “Qətl” maddəsi üzrə istintaq işi ayrıca aparılır: “Hazırda məhkəməyə “Fərarilik”, “Silah oğurluğu” və “Qanunsuz silah gəzdirmək” maddələri üzrə iş təqdim olunub”.
Məhkəmənin keçiriləcəyi tarix hələ ki bilinmir.
Qeyd edək ki, Permyakov yanvarın 12-də Gümrüdə Avetisyanlar ailəsinin 7 üzvünü güllələyib. Hadisə yerində ailənin 6 üzvü həlak olub. Bir nəfər altı aylıq uşaq isə ağır yaralı halda xəstəxanaya aparılıb. 19 yanvarda o da dünyasını dəyişib.