İran XİN Hörmüz boğazının bağlanması ilə bağlı məlumatları təkzib etdi

media-hightechnic-468x90

İranın Xarici İşlər Nazirliyi (XİN) Hörmüz boğazının bağlanması ilə bağlı məlumatları təkzib edib.

media-banner_tuq

Yenicag.az İran mediasına istinadən xəbər verir ki, bu barədə İran XİN-in rəsmi nümayəndəsi İsmayıl Bəqai bildirib.

O, bir sıra KİV-lərdə Hörmüz boğazı vasitəsilə gəmiçiliyin dayandırılması ilə bağlı dərc olunan məlumatları əsassız adlandırıb.

Bəqainin sözlərinə görə, İran Silahlı Qüvvələri anlaşma memorandumuna uyğun olaraq, ticarət gəmilərinin boğazdan təhlükəsiz keçidini təmin etmək üçün lazımi tədbirlər görüb.

“Bu marşrut üzrə gəmiçilik davam edir”, – İran XİN-in nümayəndəsi vurğulayıb.

Xatırladaq ki, daha əvvəl Almaniyanın “Bild” qəzeti İsrailin Livana endirdiyi zərbələrdən sonra İranın Hörmüz boğazını bağladığını və ABŞ ilə danışıqları dayandırdığını bildirmişdi.

 

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05