Erməni deputatlar Bakıya gəlir
NATO Parlament Assambleyasının “Roz Rot” seminarı çərçivəsində Bakıda keçiriləck beynəlxalq tədbirdə Ermənistan parlamentinin deputat qrupu da iştirak edəcək.
Bu barədə hakim Respublika Partiyasından parlament üzvü Koryun Naapetyan məlumat verib.
Naapetyanın sözlərinə görə, onlar tədbirdə son günlər cəbhənin Naxçıavan istiqamərində insan tələfatı ilə nəticələnən insidentləri diqqətə çatdıracaqlar.
“Nümayəndə heyətinin rəhbəri kimi qeyd etmək istərdim ki, biz mütləq cəbhə xəttində baş verən son insidentlərə də diqqət yönəldəcəyik”.
Xatırladaq ki, NATO Parlament Assambleryasının “Roz Rot” seminarı iyunun 16-18-də Bakıda baş tutacaq.