Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
REKLAM: KRISTAL ABŞERON

Erməni əsirliyindəki soydaşlarımızın yaxınlarından analiz götürülüb

Reklam: High Technic

Beynəlxalq Qızıl Xaç Komitəsi ötən il ərzində saxlanılmış şəxslərə 88 başçəkmə həyata keçirib.

Başçəkmə zamanı saxlanılan şəxslərlə rəftar, onların saxlanma şəraiti və ailələri ilə əlaqə saxlaması yoxlanılıb. Komitə əməkdaşları 45 azadlıqdan məhrumetmə yerində olub.

Bundan başqa, həmin müddət ərzində saxlanmış şəxslərdən 336 Qızıl Xaç Məktubları toplanılıb və onlardan 269-u çatdırılıb.

Beynəlxalq Qızıl Xaç Komitəsi Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası ilə birlikdə ötən il ərzində Dağlıq Qarabağ münaqişəsində itkin düşmüş şəxslərin yaxınlarından götürülmüş ağız suyu nümunəsi ilə bağlı statistika açıqlayıb.

Ötən il ərzində itkin düşmüş 775 nəfərin yaxınlarından 2170 ağız suyu nümunəsi götürülüb.

Qeyd edək ki, ağız suyu nümunəsi itkin düşmüş şəxslərin yaxınlarından götürülür və gələcəkdə mümkün ekshumasiya zamanı istifadə edilir.

www.yenicag.az

3134