!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Erməni mətbuatı niyə hadisənin hansı istiqamətdə olduğunu demir?” – Deputat

!Reklam – Yazi

“Baş leytenantın, kəşfiyyat-diversiya qrup rəhbərinin ərazini bilməməsi absurddur”.

Yenicag.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Arzu Nağıyev deyib.

O bildirib ki, Tovuz hadisələrinin 40-cı günü erməni tərəfi guya öz qisas hissini ortaya qoymaq, itkilərini ört-basdır etmək üçün təxribata cəhd etdilər:
“Ermənistan Müdafiə Nazirliyinin bəyanatında deyilir ki, guya 19:30 radələrində zabiti postları yoxlamağa göndəriblər. Erməni mətbuatı niyə hadisənin hansı istiqamətdə olduğunu demir? Bu barədə susurlar. Onlar heç vaxt dislokasiya yerini demirlər. Necə ola bilər ki, baş leytenant, kəşfiyyat-diversiya qrupunun rəhbəri ərazini bilmir. Taktiki məsələlərin həllindən xəbərdardır, ərazi bəllidir və xəritə də ondadır. Belə olan halda, niyə azsın ki? Bundan əvvəl də oxşar hadisələr olub. Xatırlayırsınızsa, Tovuz hadisələrində körpüyə kimi gəlmişdilər, marşrutu yoxlayandan sonra gördülər ki, bu, adekvat addım deyil. Onlar hər dəfə bu istiqamətə keçən erməniləri dəli kimi qələmə verirlər. Lakin son 3 ildə əsir götürülənlərin hamısı hərbçidir”.
“Ümumiyyətlə, əhəmiyyətli görüşlər ərəfəsində, yaxud ondan sonra belə təxribatlar olur” – deyə, deputat bildirib./News24.az /

www.yenicag.az

433
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv