Erməni saxtakarlığı üzə çıxdı-FOTO

media-hightechnic-468x90

20e645b66feda258e06c033eee0b0b6dYenicag apa-ya istinadən məlumat verir ki, ermənilər uydurma “soyqırımı”nın təbliğində 1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciənin fotoşəklindən istifadə edirlər.

Belə ki, İraq Ali İslam Şurasının rəsmi mətbu orqanı olan “əl-İstiqamə” qəzetində dərc olunmuş məqalədə 20 Yanvar faciəsində öldürülmüş azərbaycanlıların fotoşəkli guya bir əsr bundan əvvəl törədilmiş “erməni soyqırımı” qurbanları kimi təqdim olunub. Eyni fotoşəkil, həmçinin uydurma “erməni genosidi”nin yüz illiyinin qeyd edilməsi üçün yaradılmış təşkilatın Qahirə komitəsinin Facebook səhifəsində də yerləşdirilib.

Qeyd edək ki, bu fotoşəkil 1990-cı il yanvarın 20-də AzərTAc-ın fotomüxbiri Oqtay Məmmədov tərəfindən çəkilib və onun originalı agentliyin arxivində saxlanılır. Ermənilərin belə açıq-aşkar saxtakarlığa əl atması birinci dəfə deyil. Üzdəniraq erməni təbliğatçıları bundan əvvəl 1918-ci ildə Şamaxıda, Qubada azərbaycanlılara qarşı törədilmiş soyqırımların, 1992-ci il Xocalı qətliamının fotolarını qondarma “erməni genosidi”nin izləri kimi təqdim ediblər.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600