“Ermənilər bütün dünyaya elan ediblər ki, …”
“Azərbaycan müharibə şəraitində olan ölkədir. Hava məkanının müəyyən hissələri hərbi təyyarələr üçün bağlıdır”
“Ermənilər bütün dünyaya elan ediblər ki, Azərbaycan helikopteri vurub. Həmin helikopterdə isə silah olmayıb”.
Bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri Firudin Sadıqov deyib.
F. Sadıqov bildirib ki, həmin helikopterdə silahın olub-olmamasını müəyyən etmək mümkündür: “İndi internet dövrüdür. Həmin helikopter zavoddan çıxanda hansı silahlarla çıxır, bunları internet vasitəsi ilə müəyyən etmək mümkündür. O helikopterdə stasionar silahlar var və çox təhlükəlidir. Digər tərəfdən, Azərbaycanı günahlandırırlar ki, helikopteri vurub. Azərbaycan müharibə şəraitində olan ölkədir. Hava məkanının müəyyən hissələri hərbi təyyarələr üçün bağlıdır. Helikopter Azərbaycan ərazisində – Ağdamda vurulub”.