Ermənilər Moskvada ifşa olundu

media-hightechnic-468x90

83331Rusiya paytaxtında fevralın 7-də orta məktəb şagirinin oğurluğunda şübhəli bilinən iki Ermənistan vətəndaşının yaxalanmasından sonra, onların yeni cinayətləri üzə çıxıb.

Yenicag.az xəbər verir ki, məlum olub ki, hadisəni törədən erməni cinayətkar dəstəsinin üzvləri əvvəlki illərdə də buna oxşar cinayətlər törədiblər.

Moskvanın hüquq-mühafizə orqanlarından TASS agentliyinə bildirilib ki, tutulan şəxslər polis bölməsinə dindirilib. Onlar cinayətkar dəstənin üzvü olduqlarını etiraf ediblər. Hazırda hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən cinayətkar dəstənin digər üzvlərinin axtarışı davam edir, onların həbs edilməsi üçün ciddi tədbirlər görülür. Tutulan şəxslərin adları bir çox cinayətlərdə hallanır və istintaq sirri olduğu üçün hələlik onların adları açıqlanmır.

Xatırladaq ki, ötən şənbə günü yerli vaxtla axşam saat 21:00-da Moskvanın Kapotye rayonunda iki erməni 1997-ci il təvəllüdlü məktəblini döyüblər, sonra isə avtomobilə qoyaraq naməlum istiqamətə aparıblar. Cinayətkarlar daha sonra telefonla onun dostuna zəng vuraraq yeniyetmənin azad edilməsi üçün 100 min rubl tələb ediblər.

Adam oğruları oğlanı pul yığmaq üçün buraxıblar. Oğruların əlindən qurtulan yeniyetmə kömək üçün polisə müraciət edib. Məktəblinin şikayətindən sonra polis şənbə günündən bazar gününə keçən gecə iki Ermənistan vətəndaşını saxlayıb.

(anspress.com)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600