Ermənilər tanınmaz hala salınmış meyit tapdılar

media-hightechnic-468x90

85499Cinayət hadisələri ilə populyarlıq qazanan Ermənistanın Gümri şəhəri yaxınlığında sifəti tanınmaz hala salınmış kişi meyidi tapılıb.

Yenicag.az anspress-ə istinadən bildirir ki, cəsəd Gümrüdən şimalda yerləşən Maisyan kəndində, Gümri-Bavra avtomagistiral şossedə aşkarlanıb.

Kəndin ağsaqqalı Akop Baqdasaryanın sözlərinə görə, naməlum kişi meyidini kənd kilsəsinin yanında tapıblar.

Qətlə yetirilmiş şəxs 30-35 yaşlarında olub. Kənd sakinləri onun cəsədinə baxış keçirərkən, nədən öldüyünü müəyyən edə bilməyiblər.

“Üzü təmamilə tanınmaz hala salınmışdı. Əvvəlcə biz düşündük ki, bu kimdirsə bizim mal-qara fermamızdandır. Yoxladıq, aydın oldu ki, fermaın bütün işçuiləri sağ-salamatdır. O, bizim kənddən deyildi. Qalan işləri qoy hüquq-mühafizə orqanları görsün. Artıq bizlik bir şey yoxdur”- deyə Akop Baqdasaryan bildirib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600