Ermənilərin “etnik təmizləmə” HAY-KÜYÜ – “Azərbaycanın da əlində kifayət qədər faktlar var”
“Qərbi Azərbaycanda erməni yaşamayıb”.
Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.

Analitik Ermənistanda yenidən Qarabağla bağlı iddialar və Qarabağdan köçü “etnik təmizləmə” adlandırma kimi səsləndirilən fikirlərin siyasi səbəblərini izah edib.
O, bildirib ki, erməni tərəfinin atdığı heç bir addım nəticə verməyəcək:
“Ermənistandakı bəzi qüvvələr dinc durmayacaq. Həm revanşistlərdən, həm də din xadimlərindən “etnik təmizləmə” ifadəsinin işlədilməsi gözlənilən hadisədir. Onlar aranı qarışdırmaq, heç bir təzyiq olmadan köçən ermənilərin geri qaytarılması yönündə addımlar atacaqlar. Azərbaycanın da əlində kifayət qədər faktlar var. Qərbi Azərbaycanda erməni yaşamayıb. 1 milyona yaxın insanı ermənilər oradan qovub çıxarıblar. Qayıdış proqramı yönündə Azərbaycan tərəfi iş aparır. Ermənistandakı bəzi qüvvələr prosesi alovlandıra bilər, ancaq bundan heç bir nəticə əldə olunmayacaq”.
Səxavət Məmməd