Ermənistan Azərbaycan istiqamətində dəmir yolu xəttinin bərpasına başlayır
“Cənubi Qafqaz Dəmir Yolu” (Rusiya Dəmir Yollarının törəmə müəssisəsi) şirkətinə Türkiyə və Azərbaycan istiqamətində sərhədyanı dəmir yolu hissələrinin təcili bərpa edilməsi ilə bağlı tapşırıq verilib”.
“Yenicag.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasından sonra brifinqdə danışıb.
Onun sözlərinə görə, söhbət Yerasxdan Azərbaycan (Naxçıvan) ilə sərhədə qədər olan hissəyə, həmçinin Axurikdən Türkiyə ilə sərhədə qədər olan hissədən gedir:
“Gələcəkdə ehtimal ki, İcevan-Qazax dəmir yolu xətti ilə bağlı oxşar məsələni qaldıracağam, çünki onun da qısa müddət ərzində bərpa edilməsinə ehtiyac var”.
O, rusiyalı tərəfdaşların bu tapşırığın icrasına ən qısa müddətdə başlayacağına ümid etdiyini bildirib.
Daha əvvəl hökumətin iclasında Paşinyan Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri David Xudatyana qeyd olunan stansiyaların yerləşdiyi ərazidə terminalların və digər infrastruktur obyektlərinin mümkün tikintisi üçün boş ərazilərin mövcudluğu məsələsini öyrənməyi tapşırıb./Qafqazinfo/












