!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Ermənistan-Azərbaycan münaqişəsi: Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi ilə müsahibə”

!Reklam – Yazi

Ermənistanla Azərbaycan arasındakı böhran yeni bir təhlükəli mərhələni aşdı. Fransız oxucular isə daha çox erməni tərəfinin münaqişə ilə bağlı mövqeyini KİV-dən ətraflı şəkildə öyrənir.

Obyektivlik və intellektual dürüstlük baxımından söz Azərbaycan tərəfinə verilməlidir ki, fransız oxucu öz rəyini formalaşdıra bilsin. Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyov son həftələrdə müşahidə olunan eskalasiya fonunda suallarımızın fransız dilində cavablandırılmasına razı oldu.

Yenicag.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirlər Fransanın Agoravox.fr portalında dərc edilmiş “Ermənistan-Azərbaycan münaqişəsi: Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi ilə eksklüziv müsahibə” adlı yazıda bildirilib.

E.Əmirbəyov müsahibəsində cari ilin iyulun 12-də Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində erməni silahlı qüvvələrini törətdiyi hərbi təxribatla, eləcə də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ətraflı məlumat verib.

İyulun 12-də erməni silahlı qüvvələrinin törətdiyi hərbi təxribat nəticəsində 11 hərbiçinin və 1 mülki şəxsin öldürüldüyü, ölkəmizin erməni təxribatına cavab reaksiyasından bəhs olunub.

Qeyd edilib ki, erməni təxribatının əsas məqsədi yeni mövqeləri ələ keçirməklə işğal olunmuş zonanı genişləndirmək, sərhəd bölgəsində yaşayan mülki əhalini qorxudaraq, öz evlərindən didərgin salmaq olub.

Həmçinin, bu qanlı təcavüz Ermənistan hakimiyyətinin müharibəni başlamaqla öz ölkəsinin başına gətirdiyi fəlakətli iqtisadi və sosial vəziyyəti xalqına unutdurmaq məqsədi daşıyır. Ermənistan rəhbərləri Ermənistan-Azərbaycan münaqişəsinə bölgənin digər ölkələrini, eləcə də üzvü olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) da cəlb etmək istəyirdi.

“Azərbaycan ərazisinin 20 faizini işğal edən Ermənistan bu cinayət əməlləri ilə işğalçılıq siyasətini davam etdirmək niyyətində olduğunu bir daha göstərib. Beynəlxalq ictimaiyyəti Ermənistanın Azərbaycana qarşı apardığı təcavüz siyasətini və sərhəddəki təxribatlarını sərt şəkildə pisləməyə çağırırıq.

Sərhədlərdə vəziyyətin gərginləşməsinə səbəb olan belə təxribatların məsuliyyəti tamamilə Ermənistan rəhbərliyinin üzərinə düşür. Aydın məsələdir ki, Ermənistanın indiki hakimiyyətinin yürütdüyü siyasət, nəyin bahasına olursa-olsun sülh danışıqlarından və Azərbaycan ərazilərini azad etmək öhdəliyindən yayınmaqdır”, – deyə E.Əmirbəyov diqqətə çatdırıb.

Müsahibədə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi haqqında geniş məlumat verilib. Dağlıq Qarabağ bölgəsində azərbaycanlı və erməni icmalarının birlikdə yaşaması üçün heç bir problemin olmadığı qeyd edilib. Ancaq erməni rəhbərlərinin irqçi çıxışlarının buna mane olduğu bildirilib.

Azərbaycanda insanlara mənşəyinə, irqinə və dininə görə fərq qoyulmadığı, bütün vətəndaşların təməl hüquqlarına və bərabərliyinə zəmanət verildiyi vurğulanıb. Dünyəvi dövlət olan Azərbaycanın mədəniyyətlərarası və dinlərarası beynəlxalq platforma olduğu qeyd edilib.

Müsahibədə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində beynəlxalq təşkilatların qəbul etdiyi qətnamə və qərarlardan da bəhs olunub.

www.yenicag.az

719
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv