"Ermənistan dəyişməyə məcbur yox, məhkumdur!" – Deputatdan Paşinyanın "Konstitusiya planı"na ŞƏRH

media-hightechnic-468x90

“Ermənistan dəyişməyə məcbur yox, məhkumdur.”

media-banner_tkm

Bu sözləri Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Elnarə Akimova bildirib.

media-whatsapp-image-2026-04-17-at-12-08-28

Deputat Ermənistanın baş naziri Nikol Paşinyanın seçkilərlə bağlı “Ermənistan Konstitusiyasında inanılmaz dəyişikliklər olacaq” açıqlamasını geniş və izahlı şəkildə şərh edib:

“Ermənistanın baş naziri Nikol Paşinyanın “seçkilərdən sonra Konstitusiyada mühüm dəyişikliklər olacaq” bəyanatı, sözsüz ki, dərin və çoxqatlı siyasi mesajdır. Bu mesaj təkcə Ermənistan cəmiyyətinə deyil, həm də regionun əsas aktorlarına ünvanlanıb və onun sətiraltı məzmunu diqqətdən yayınmır.

İllər boyu Ermənistanın Əsas Qanunu təkcə hüquqi sənəd olmayıb, eyni zamanda siyasi iddiaların, reallıqdan uzaq ambisiyaların ifadəsinə çevrilib. Məhz bu səbəbdən Azərbaycan tərəfi haqlı olaraq vurğulayıb ki, davamlı və səmimi sülh üçün həmin müddəalar aradan qaldırılmalıdır. Bu gün Paşinyanın dilindən səslənən fikirlər isə göstərir ki, artıq bu reallıq İrəvanda da qəbul olunmağa başlanıb hərçənd ki, hələ də ehtiyatlı və dolayısı ilə ifadə olunur.

Konstitusiya dəyişikliyinin parlament seçkilərindən sonrakı mərhələyə işarə edilməsi də təsadüfi deyil. Bu, daxili müqaviməti neytrallaşdırmaq, cəmiyyətdə mümkün narazılıqları minimuma endirmək və prosesə siyasi legitimlik qazandırmaq cəhdidir. Paşinyan anlayır ki, Konstitusiyaya toxunmaq Ermənistan üçün sıradan bir addım deyil və bu gediş yalnız güclü mandat fonunda atıla bilər. Lakin burada əsas məqam ondan ibarətdir ki, bu bəyanat artıq Azərbaycanın irəli sürdüyü şərtlərin Ermənistanın siyasi gündəliyinə çevrildiyini açıq şəkildə göstərir. Əgər Konstitusiya dəyişəcəksə, bu dəyişikliklərin hansı istiqamətdə olacağı da əslində bəllidir”.

Deputat baş nazirin diqqətinə çatdırıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəqiq və Azərbaycanın suverenliyinə hesablanmış strateji xətti Ermənistanı rəsmi Bakı ilə hesablaşmaq məcburiyyəti qarşısında qoyub:

“Regionda formalaşmış yeni reallıqlar Ermənistan üçün seçim imkanı qoymur ya bu reallıqları qəbul edib uyğunlaşmaq, ya da dalana dirənmək. Bu yeni reallıqlar isə təsadüfən yaranmayıb. Onların arxasında Azərbaycanın qüdrətli lideri, 44 günlük Vətən müharibəsinin və Qarabağda həyata keçirilmiş antiterror tədbirlərinin memarı, ölkənin tam suverenliyini təmin edən möhtərəm Prezident, Ali Baş Komandan İlham Əliyevin uzaqgörən və prinsipial siyasi strategiyası dayanır. Məhz bu strategiya nəticəsində illərlə dondurulmuş münaqişə qısa müddətdə həll olundu, beynəlxalq hüququn aliliyi bərpa edildi və regionda yeni siyasi konfiqurasiya formalaşdı.

Bu gün Paşinyanın dilindən səslənən “yeni dövlət fəlsəfəsi” ifadəsi də əslində həmin reallıqların gecikmiş etirafıdır. Ermənistan artıq anlayır ki, köhnə yanaşmalarla nə daxili sabitlik əldə etmək, nə də regional inteqrasiyaya qoşulmaq mümkündür. Ona görə də Konstitusiya dəyişiklikləri sadəcə hüquqi addım deyil, həm də siyasi transformasiya cəhdidir.

Bütün bunların fonunda verilən mesaj kifayət qədər aydındır: Ermənistan dəyişməyə məclbur yox, məhkumdur və bunun əsas istiqaməti regionda yaranmış yeni güc balansı ilə müəyyən olunur. Balansın müəllifi isə qətiyyətli siyasi iradə və ardıcıl strategiya ilə Azərbaycanın mövqeyini gücləndirən Prezident İlham Əliyevdir.

Son olaraq qeyd etmək istəyirəm ki, Paşinyanın bəyanatı diplomatik dillə desək, ehtiyatlı anons, siyasi reallıq prizmasından isə qaçılmaz dönüşün siqnalıdır. Bu dönüşün mahiyyəti isə artıq bəllidir regionda formalaşmış yeni status-kvo ilə hesablaşmaq və onu hüquqi müstəviyə keçirmək. Seçkilərdən sonra atılacaq addımlar isə bu etirafın nə dərəcədə səmimi və dərin olduğunu göstərəcək”.

Nurlan Cəfəri

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05