Ermənistan növbədənkənar seçkilərə GEDİR? – Paşinyan “inqilabi kostyum”unu GEYİNDİ

media-hightechnic-468x90

 

Ermənistan parlamentində hökumətin beşillik proqramının ötənilki icrasına dair müzakirələr zamanı Baş nazir Nikol Paşinyanın çıxışı ölkədə erkən seçkilərin keçiriləcəyi ilə bağlı ehtimalları gücləndirib.

Yenicag.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri məlumat yayıb.

Qəzet yazır ki, hakim “Vətəndaş Müqaviləsi” partiyasının bəzi deputatlarında belə təəssürat yaranıb ki, Paşinyan növbədənkənar seçkilərə hazırlaşır və məhz bu məqsədlə yenidən “inqilabi kostyum”unu geyinib.

KİV əlavə edib ki, Baş nazir çıxışında bir vaxtlar istifadə etdiyi “cəsarətinizi itirməyin” şüarına qayıdaraq, korrupsiya yolu ilə əldə edilmiş əmlakın geri qaytarılacağını vəd edib. Paşinyan, eyni zamanda, Konstitusiya Məhkəməsinin “Qeyri-qanuni əmlak haqqında” Qanunla bağlı gözlənilən qərarına təsir etməyə çalışır. Hazırda məhkəmə bu qanunla bağlı müşavirə otağındadır. Müşahidəçilər bildirir ki, əgər Ermənistan Konstitusiyaya sadiq bir məhkəməyə sahib olsaydı, bu qanun mütləq konstitusiyaya zidd elan edilərdi.

Nəşrin məlumatına görə, dünən parlamentdə çıxışı zamanı Paşinyan qeyri-adi dərəcədə əsəbi görünürdü:

“Bir anlıq mülayim danışsa da, ardınca yüksək səslə qışqırmağa və qeyri-adi jestlər etməyə başlayıb. Hətta elə bir anda elə çığırıb ki, zalın kənarında jurnalistlərə açıqlama verən parlamentin sədr müavini Ruben Rubinyan da yerindən diksinərək diqqətini Baş nazirə yönəldib”.

İddia olunur ki, Paşinyanın bu davranışı hakim partiya daxilində erkən seçkilərin mümkünlüyü barədə ehtimalları artırıb:

“Məlumata görə, Azərbaycan Ermənistan Konstitusiyasının dəyişdirilməsi tələbindən geri çəkilmir. Bu isə qarşıdan gələn aylarda siyasi gündəliyin daha da gərginləşəcəyini göstərir. Hətta payızda həm parlament seçkilərinin, həm də konstitusiya dəyişikliyinə dair referendumun bir gündə keçiriləcəyi barədə ehtimallar da səsləndirilir. Hazırkı qanunvericilik bunu qadağan etsə də, müşahidəçilər “Vətəndaş Müqaviləsi” partiyası üçün bu qanunu dəyişməyin çətin olmadığını qeyd edirlər”.

Rafi Müslümov

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600