Ermənistan ölən daha 96 hərbçisinin adını açıqladı

Ermənistan ikinci Qarabağ müharibəsində həlak olmuş hərbçilərinin növbəti siyahısını açıqlayıb.

Yenicag.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, siyahıda 96 hərbçinin adı yer alıb.

Qeyd edək ki, müharibənin sona çatmasından 4 ay keçməsinə baxmayaraq, Ermənistanın Müdafiə Nazirliyi hələ də ikinci Qarabağ müharibəsində həlak olmuş hərbçilərinin sayını gizlədir.

Yalnız Səhiyyə Nazirliyi 3 600-yə yaxın meyitin ekspertizadan keçirildiyini açıqlayıb. Yerli hərbi ekspertlər bunun Paşinyan hakimiyyətinin müharibənin uğursuzluqlarını ört-basdır etməsi ilə əlaqələndirir, müharibədə ölən hərbçilərin sayının 5 000-dən çox olduğunu bildirirlər.

Loading...