Ermənistan ordusuna əlavə 2.5 milyard ayrılır

media-hightechnic-468x90

Ermənistan Müdafiə Nazirliyi 2,5 milyard dram (6.5 milyon dollar) məbləğində əlavə vəsait alacaq.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin iclasında qərar qəbul edilib.

Vəsaitlər nazirliyin əvvəllər nəzərdə tutulmayan ehtiyaclarını – həm cari, həm də əsaslı xərclərini ödəmək üçün nəzərdə tutulub.

Hökumətin bundan əvvəl də keçirilən iclasında Müdafiə Nazirliyinə əlavə 6.7 milyard dram (17 milyon dollar) ayrılmışdı.

Qeyd edək ki, 2023-cü ildə Ermənistanın hərbi büdcəsi 506 milyard dram (təxminən 1.31 milyard dollar) nəzərdə tutulub. Bu, 2022-ci ilin hərbi büdcəsindən 35 faiz çoxdur.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05