Ermənistan parlamenti delimitasiya komissiyalarının əsasnaməsini təsdiqlədi

media-hightechnic-468x90

Ermənistan parlamenti sərhədlərin delimitasiyası üzrə Ermənistan və Azərbaycan dövlət komissiyalarının fəaliyyətinin əsasnaməsi layihəsini təsdiqləyib.

Yenicag.az xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb.

67 deputat lehinə və ya əleyhinə səs verib. Müxalifətdə olan “Hayastan” və “Şərəfim var” fraksiyaları sənədin gələcəkdə anti-dövlət güzəştlərinə haqq qazandırmaq məqsədi daşıdığını hesab edərək müzakirə və səsvermədə iştirak etməyiblər.

Bundan əvvəl parlamentin xarici əlaqələr üzrə daimi komissiyasının rəhbəri Sarkis Xandanyan müxalifətin hərəkətlərini məsuliyyətdən qaçmaq adlandırıb.

Qeyd edək ki, sentyabrın 26-da Ermənistan Konstitusiya Məhkəməsi SSRİ-nin dağılması zamanı istifadə edilən xəritələrə istinad edərək delimitasiya komissiyasının əsasnamə layihəsini Konstitusiyaya uyğun hesab edib. Oktyabrın 21-də parlamentin xarici əlaqələr komissiyası reqlamenti təsdiq edərək deputatların müzakirəsinə göndərib./unikal

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600