Ermənistan və Türkiyə sərhədinin açılması istiqamətdə MÜZAKİRƏ APARILIR

media-hightechnic-468x90

Ermənistan və Türkiyə sərhədin açılması üzrə danışıqları davam etdirir.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib ki, İrəvan və Ankara sərhədlərin üçüncü ölkə vətəndaşları və diplomatik pasport sahiblərinə açılışı ilə bağlı razılaşmaların mümkün qədər tez həyata keçirmək üçün danışıqları davam etdirirlər.

Qriqoryan əlavə edib ki, konkret vaxtı söyləmək mümkün deyil, amma razılaşmaların icrası üçün Türkiyə ilə müzakirələr davam edir.

Türkiyə 1993-cü ildə sərhədi birtərəfli bağlamışdı, amma son illərdə iki ölkə münasibətlərin normallaşdırılması üzrə addımlar atıb. Ermənistanın sərhəd keçid məntəqəsi modernləşdirilib və istifadəyə hazırdır.

Nəsimi Ələsgərli

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05