"Ermənistana yeni Konstitusiya lazımdır" - Paşinyan

media-hightechnic-468x90

Ermənistanın yeni Əsas Qanuna ehtiyacı var.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bunu Baş nazir Nikol Paşinyan Konstitusiya Günü münasibətilə xalqa müraciətində deyib.

“Hazırkı Konstitusiya vətəndaşlar arasında ciddi sosial-psixoloji gərginlik yaradır. Məlum hallara görə, bu gün Ermənistan vətəndaşları indiki Konstitusiyanın onların cəmiyyətdə və dövlətdə həyat qaydaları haqqında fikirlərini əks etdirdiyinə inanmırlar. Onlar buna hakim elitanın yaratdığı və həyata keçirdiyi sənəd kimi baxırlar”, – o bildirib.

Baş nazir qeyd edib ki, əsas problem təkcə Konstitusiyada yazılanlarda deyil, həm də onun qəbul edilməsindədir:

“Ermənistana xalqın özününkü hesab edəcəyi, dövlət və onunla münasibətlər haqqında fikirlərini əks etdirən yeni Konstitusiya lazımdır”.

Paşinyan vurğulayıb ki, yeni Konstitusiya məsələsi tez-tez spekulyasiya predmetinə çevrilir.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05