Ermənistanda bir ailənin 6 üzvü güllələnib – Video

media-hightechnic-468x90

c66b4bb87cb005d38d7b609e039c7601Silahlı qatilin axtarışları davam etdirilir.

Ermənistanda bir ailənin altı üzvünü güllələyən şəxsin hərbçi olduğu məlum olub.

Bu barədə Ermənistan İstintaq Komitəsi rəhbərinin müşaviri Sonna Truzyan açıqlama verib.

Onun sözlərinə görə, Myasnikyan küçəsindəki evlərin birində qatil bir ailənin altı üzvünü güllələyib, altı aylıq körpə isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib: “Bizə hərbi qulluqçunun hərbi hissədən qaçması barədə məlumat daxil olub. Hadisə yerindən tapılan əsgər çəkmələri üzərində onun adı və soyadı yazılıb”.

Gümrüdəki Avstriya xəstəxanasının baş həkimi direktoru Aşot Kurqinyan bildirib ki, körpənin bədənində kəsilmiş-deşilmiş yaralar var. Uşaq anasının meyitinin yanında olub. Ehtimal ki, qatil onun da öldüyünü güman edib.

Hazırda silahlı cinayətkarın axtarışları davam etdirilir. Qətldə Rusiyanın Ermənistandakı 102 saylı hərbi bazasının hərbi qulluqçusu şübhəli bilinir.

* * *
Ermənistanda bir ailənin 6 üzvü güllələnib.

Hadisə Gümrü şəhərində baş verib.

Həmin şəxslər odlu silahdan qətlə yetirilib. Onların arasında azyaşlı uşağın olduğu bildirilir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600