Ermənistanda deputatın oğlu saxlanıldı

media-hightechnic-468x90

Ermənistanın hakim “Mülki müqavilə” fraksiyasından olan deputat Sergey Baqratyanın oğlu Şant Baqratyan İrəvanda baş verən davadan sonra İstintaq Komitəsinə aparılıb.

Yenicag.az xəbər verir ki, bundan əvvəl 168.am saytı Baqratyan ata və oğlunun düzgün park edilməmiş avtomobili çıxarmağı tələb edən vətəndaşı döydükləri barədə məlumat vermişdi.
Daxili İşlər Nazirliyindən Sputnik Ermənistan-a verilən məlumata görə, hadisə ilə bağlı saxlanılan şəxslər var.
“Hadisənin üç iştirakçısı saxlanılaraq İstintaq Komitəsinə aparılıb”, – idarədən bildirilib.
Saxlanılanlardan biri deputatın oğlu Şant Baqratyandır.
Bildirilir ki, vəziyyətə müdaxilə edən patrul əməkdaşları ilə Şant Baqratyan da əlbəyaxa olub./Unikla/

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 04.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa