Ermənistanda erkən SEÇKİ ANONSU: Sülh prosesinə necə TƏSİR EDƏCƏK?

media-hightechnic-468x90

“Ermənistanda növbədənkənar seçkilər keçirilsə belə, bu ölkənin siyasi səhnəsini dərhal və köklü şəkildə dəyişə bilməz”.

media-8d443ab8114e7a20a5f93b3f85133243

Bu fikirləri siyasi şərhçi Azər Hüseynov qonşu ölkədə gələn il erkən parlament seçkilərinin keçirilmə ehtimalını Yenicag.az-a şərh edərkən deyib.

O bildirib ki, ictimai-siyasi strukturların formalaşması, partiyaların təşkilatlanması və seçki sonrası koalisiyaların qurulması uzunmüddətli prosesdir:

“Qısa vaxtda nəticələrin radikal şəkildə dəyişməsi real görünmür. Buna görə də seçkilərin özü yox, prosesdən sonra formalaşacaq siyasi kurs və güc balansı daha önəmlidir. Bizim üçün əsas prioritet revanşist və radikal elementlərin siyasi arenada möhkəmlənməməsidir. Bu qrupların kütləvi və təşkilatlanmış şəkildə önə çıxması regionda yeni gərginlik dalğalarına səbəb ola bilər. Lakin indiki ictimai və siyasi şərait, həmçinin Ermənistanın son illərdə yaşadığı iqtisadi və demoqrafik itkilər, bu cür qrupların geniş dəstək tapmaq imkanlarını məhdudlaşdırır. Buna görə onların real olaraq idarəedici mövqe tutma ehtimalı aşağı hesab edilə bilər”.

A.Hüseynov əlavə edib ki, sülh prosesinin qorunması həm Ermənistan, həm də region üçün prioritet olmalıdır:

“Sülh və sabitlik şəraiti Ermənistanın iqtisadi bərpasına və beynəlxalq inteqrasiyasına yol açar. Əks halda ölkə daxili siyasi və sosial təzyiqlər altında daha da zəifləyəcək”.

Məlik Məlikov

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 28.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa