Ermənistanda gərginlik ARTIR: Etirazçılar Qarabağda itkin düşən yaxınlarını tələb edir / FOTO

media-hightechnic-468x90

Dağlıq Qarabağda müharibədə itkin düşmüş hərbçilərin valideynləri və yaxınları Ermənistan Müdafiə Nazirliyinin binası qarşısına toplaşaraq aksiya keçirirlər.

Yenicag.az “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, onlar yaxınlarının aqibəti barədə məlumat almaq istəyirlər.

Müdafiə naziri David Tonoyan və Baş Qərargah rəisi Onik Qaspatyanla görüş tələb edən etirazçılar ərlərinin, qardaşlarının və övladlarının koordinatlarının verilməsini tələb edirlər.

“Hanı bizim uşaqlar? Bizim övladlarımızı qaytarın! Niyə onların adı heç bir siyahıda yoxdur”, – deyə Qaqik Mhitaryan jurnalistlərə bildirib. Onun oğlu bu ilin avqustunda xidmətə çağırılıb. Q. Mhitaryan bildirib ki, lazımı təcrübəsi olmasa da, oğlunu ön xəttə göndəriblər. İndi oğlundan heç bir xəbər yoxdur.

“Dəfələrlə Müdafiə Nazirliyinə, Beynəlxalq Qızıl Xaş Komitəsinə müraciət etmişik, lakin oğlumun taleyindən bizə bir xəbər verən tapılmır”, – deyə o bildirib.

Binanın qarşısı polis tərəfindən əhatə alınıb, etirazçılar yaxın buraxılmır.

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600