Ermənistanda orduya yararsız şəxslər ön cəbhəyə göndərilir

media-hightechnic-468x90

cebhekDağlıq Qarabağda 10 gün əvvəl ağır yaralanmış 21 yaşlı erməni əsgər Ovanes Poqosyanın orduya çağırılana qədər sağlığında ciddi problemlər olub.

Buna baxmayaraq o, orduya çağırılıb.

Yenicag.az APA-ya istinadən bildirir ki, O. Poqosyanın qohumları “news.am” saytına bildiriblər ki, o, xroniki qastrit, dalaq genişlənməsi, cinsiyyət orqanı xəstəliklərindən əziyyət çəkir. Evdə ciddi pəhriz saxlayıb. Lakin orduya çağırılan kimi ön cəbhəyə göndərilib.

O. Poqosyan xidmətə 2015-ci ilin yanvarında kiçik serjant kimi başlayıb.

İki dəfə yaralanıb. Birinci dəfə yarası yüngül olub.

İkinci dəfə isə başından yaralanıb. Hazırda komada olan əsgər iki dəfə əməliyyat edilib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 10.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa