Ermənistandan ABŞ-yə birbaşa uçuşu türk şirkəti təşkil edəcək
Ermənistan vətəndaşları ABŞ-yə “Türk Hava Yolları” ilə uçacaq.
Yenicag.az news.am-a istinadla xəbər verir ki, bu barədə Ermənistan Turizm Komitəsinin sədri Lusine Gevorkyan məlumat yayıb.
Onun sözlərinə görə, iyun ayından etibarən Yerevan-Los-Anceles birbaşa uçuşları “Turkish Airlines” aviaşirkəti vasitəsi ilə həyata keçiriləcək./Yenisabah













