Ermənistanı Azərbaycana qarşı silahlandıran Rusiya: “Cənubi Qafqazda ikinci baza yaratmaq istəyirlər” – ŞƏRH

“Rusiyanın Ermənistanı silahlandırması yenilik deyil. Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan açıqladı ki, Rusiya Ermənistanı müharibə bittdiyi gündən dayanmadan, fasiləsiz silahlandırır”.

Bu sözləri Rusiyanın Ermənistanı silahlandırması, Rusiya XİN-nin sözcüsü Mariya Zaxarovanın bunu Rusiyanın suveren hüququ olması deməsinə münasibət bildirən təhlükəsizlik məsələləri üzrə ekspert, keçmiş DTX zabiti, ehtiyatda olan polkovnik İlham İsmayıl Yenicag.az-a açıqlamasında deyib.

İlham İsmayıl bildirib ki, Rusiya Ermənistanı Azərbaycana qarşı silahlandırır:

“Ermənistanın dörd həmsərhəd ölkəsi var – İran, Gürcüstan, Türkiyə və Azərbaycan. Rusiya təbii ki, Ermənistanı Azərbaycana qarşı silahlandırır. Adını qoyur ki, balans yaradır. Mariya Zaxarova demişkən, bu Rusiyanın suveren hüququdur, bir şərtlə ki, Rusiya sülhməramlı olmayayadı. Əgər Rusiya sülhməramlı kimi Azərbaycan ərazisindədirsə, erməni silahlı birləşmələri ilə Azərbaycan silahlı birləşmələri arasında dayanıbsa, qarşı tərəfi silahlandırmamalıdır. Konflikt bitəndən sonra Ermənistanı silahlandırmaq Rusiyanın suveren hüququdur. İndiki halda suveren hüquqla sülhməramlı missiyası üst-üstə düşmür. Rusiya sülhməramlıları Azərbaycanın icazəsi ilə ərazimizdədir.

Rusiyanın Ermənistanı silahlandırması o deməkdir ki, Rusiya Cənubi Qafqazda ikinci bir baza yaratmaq istəyir. Hətta buna baza adı verməsə də, uzun müddət qoşununu burada saxlamağı planlaşdırır. Bununla da, Azərbaycanı təhdid altında saxlayır. Biz mənasız yerə Zəngəzurdan, Göyçədən, İrəvandan danışırıq. Tarixi torpaqlarımızdır, bu öz yerində, ancaq biz ora qayıdacağıq söhbəti bu gün heç aktual deyil. Bu gün aktual olan Xankəndidir, təəssüf ki, onun adı çəkilmir. Xankəndinin və digər işğal altında olan torpaqların adı çəkilmədiyinə görə, belə bir təəssürat yaranır ki, bu məsələ uzun müddət Rusiyanın nəzarətində olacaq. Rusiyanın gördüyü işlər onu göstərir ki, uzun müddət ərazidə qalmağın planlarını qurur. Rusiya və ATƏT-in Minsk qrupu Qarabağda yüksək status əldə etmək istəyirlər. Bütün bu oyunların başında elə bu status məsələsi gəlir. Əgər o status olarsa, harada bomj erməni varsa, hamısını tutub Qarabağa gətirəcəklər. Beləliklə Azərbaycanın altına mina qoymuş olacaqlar. 10 noybar üçtərəfli bəyənatın müddəalarının yerinə yetirilməsini Rusiyanın qarşısında tələb olaraq qoymuruq. Nədənsə ikinci dərəcəli məsəslələrin həllinə gedirik.

Bu gün sərhəddin bərpası, anklav kəndlərin geri qaytarılması məsələsindənsə, Qarabağ və 10 noybar bəyənatının yerinə yetirilməsi daha vacibdir”.